ABŞ Almaniyadan Şərqi Avropaya hərbi kontingent köçürür-RUSİYADAN TƏHLÜKƏ SİQNALINA QARŞI.../ Detallar

Baxış sayı:
2950

Uzun zamandan bəri alman yollarında bu sayda əsgər olmayıb. Yanvarın sonundan etibarən Almaniya son 25 ildə ABŞ qoşunlarının ən böyük yerdəyişmə mərkəzinə çevriləcək. ABŞ, digər ölkələrdən olan tərəfdaşları ilə birgə bir diviziyanın Almaniyadan Polşa və Baltikyanı ölkələrə köçürəcək.
"Avropanın müdafiəsi 2020" (Defender Europe 2020) – bu yaz hərbi texnika ilə 20 min qoşunu ABŞ-dan Almaniyaya köçürən manevrlər belə adlanır. Artıq Avropada yerləşdirilmiş ABŞ qüvvələri və tərəfdaş ölkələrin şəxsi heyəti ilə birlikdə 37 min hərbçi təlimlərdə iştirak edəcək.
Bundesver logistika proseslərinə cavabdehdir və Baltikyanı ölkələrdə manevrlər daxil olmaqla məşqlərdə köməkçi rol oynayacaq. Çərşənbə axşamı ortaq mətbuata açıqlamasında Almaniyanın Xarici Qüvvələrə dəstəyi üçün məsul olan general-leytenant Martin Schelleis və ABŞ Ordusunun komandirinin müavini, general-mayor Endryu M. Rohling açıqlama verərək izah etdilər ki, böyük hərbi kontingentin uzun məsafəyə köçürülməsi, təhlükə anında vəziyyətə müdaxilə etmək üçün lazımdır. "25 ildir bunu etmədik" general Roling dedi. 80-ci illərin sonu - 90-cı illərin əvvəllərinə qədər ABŞ-dan belə köçürmələr mütəmadi həyata keçirilirdi və təlimlərdə 125 minədək hərbi qulluqçu iştirak edirdi.

Şərq istiqamətində böyük manevrlərin səbəbi "açıq təhlükə siqnalları"nın gəlməsidir
2020-ci il manevrlərinin əhəmiyyətini anlamaq üçün onlar digər missiyalarla bir kontekstdə nəzərdən keçirilməlidir: Rusiya 2014-cü ildə Krımı ilhaq etdiyi üçün Baltikyanı ölkələr şərqdəki böyük qonşunun gücündən qorxurlar. Buna görə də NATO alyansın şərq qolunda döyüş hazırlığını əlavə hərbi hissələrlə gücləndirdi və Estoniya, Latviya, Litva və Polşaya çoxmillətli batalyon göndərdi. Bundan əlavə, ABŞ Polşadakı kontingentini artırdı. Lakin münaqişə baş verərsə, bu NATO qüvvələri Rusiya qüvvələrinə tab gətirə bilməyəcəklər. Araşdırmalara görə, Rusiya orada 78 min əsgər yerləşdirə bilər. Qısa müddətdə NATO, bu sayda hərbçilərin yarısının belə qarşısında dura bilməyəcək.

Buna görə, ABŞ "Avropanın Müdafiəçisi" təlimləri əsnasında yerli kontingenti gücləndirəcək tam tərkibli diviziyanın Şərqi Avropaya köçürülməsinə yaşıl işıq yandırdı. General-mayor Roling və general-leytenant Şellays bu manevrlərin konkret bir ölkəyə qarşı yönəlmədiyini vurğulayır. Lakin “açıq həyəcan siqnalları” onlardan gözləyirlər.
ABŞ ordusu üçün, eyni zamanda Bundesver üçün də bu manevrlər, maddi-texniki təchizatın belə iri miqyaslı təlimlərdə səmərəliliyini yoxlamaq üçün sınaq ola bilər. Fevral ayının sonunda gecə manevrlərinin qaynar vaxtında, təxminən 20 nəqliyyat vasitəsindən ibarət uzunluğu 1 ilə 1,5 kilometrə qədər olan hərbi texnika sütunu yol boyunca hərəkət edəcək. Bundesver hərəkətə nəzarət etməli və onu təmin etməlidir. Səbəb nəqliyyatın tıxanma ehtimalından gəlir, ancaq əhalinin ehtiyacları nəzərə alınacaq. Pasxadan sonra hərbi yerdəyişmələr dayanacaq. Dəmir yolu tankların daşınmasını yük qatarlarının cədvəli ilə birləşdirməli olacaq, böyük yük dəniz limanlarına, məsələn, Bremerhavenə düşəcəkdir.
Solçular manevrləri tənqid edirlər. Müdafiə məsələlərində ixtisaslaşmış siyasətçi Aleksandr Neu, bunları “ABŞ-ın Rusiyaya qarşı eskalasiyada atdığı daha bir addım” kimi görür. Onun sözlərinə görə, almanların əksəriyyəti Rusiya ilə "silah deyil, sülh istəyir".
"Süddeutsche Zeitung"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az