ABŞ Afrinə yüzlərlə maşından ibarət silah-sursat karvanı göndərdi – “Türkiyə ilə aylarla davam edə biləcək BÖYÜK MÜHARİBƏ”yə hazırlıq

Muxalifət.az xəbər verir ki, ABŞ Suriyanın şimalındakı Afrin şəhərinə silah daşımaqda davam edir. Suriyada İŞİD teror təhlükəsinin 96 faizinin bitdiyini açıqlayan Pentaqon Hasekedə PKK/PYD-yə verdiyi silahları indi Türkyənin əməliyyata hazırlaşdığı Afrinə daşıyır.
ABŞ-ın Suriya və İraqdakı müttəfiqi PKK Türkiyənin əməliyyata hazırlaşdığı Afrin şəhərində “müharibə” hazırlıqlarını sürətləndirib. Terrorçular son bir neçə gündə üstüaçıq maşın karvanlarının müşayiəti ilə Afrinə silah ilə cəbbəxana daşıyırlar. Suriyada İŞİD-in 96 faizinin məhv olduğunu açıqlayan Pentaqon Haseke-Menbiç xətti ilə PKK/PYD-yə silah-sursat daşıtdırır. Menbiçə gələn karvanlar, buradan rejimin nəzarətində olan Hələb-Sifira-Nubbil və Zəhra dəhlizi ilə Hatayın şərqindək Afrinə gəlirlər. Son bir həftə ərzində yüzlərlə maşından ibarət 3 karvan bu yolla Afrinə gəlib. Terror təşkilatı isə bölgəyə gedən karvanlarla bağlı video və fotoların yayılmasından sonra belə bir yalan açıqlama verib: “Afrinə gedən karvanlar Rakkadan qayıdan PKK üzvləridir”.
ABŞ-ın Ərbil-Haseke-Menbiç xətti ilə daşıdığı silah-sursat yüklü karvanda uzun mənzilli raketlərlə yanaşı, təyyarəvuran silahların montaj edildiyi texnika da diqqəti səlb edir. 180 km yolu qət edərək bölgəyə gələn karvanlarla birlikdə 2 000 nəfərə yaxın PKK terrorçusu da Afrinə gəlib.
 
“Türkiyə ilə böyük müharibə” anonsu
PKK tərəfindən elan edilən qondarma İdlib Hərbi Məclisinə başçı seçilən Əhməd Sultan bölgədəki təşklat üzvləri arasında bir bildiriş yayıb. Terrorçuların rəhbəri bütün hazırlıqların “bəlkə də aylarla davam edəcək və Türkyəyə qarşı aparılacaq böyük bir müharibə üçün” edildiyini etiraf edib. Haseke, Kamışlı, Ayn əl-Arab və Menbiçdə elan elədiyi səfərbərlik qərarı ilə 18-36 yaşlı dinc vətəndaşları silah gücünə öz sıralarına qatan PKK, topladığı adamlara terror düşərgələrində 3 həftəlik silah təlimi keçəndən sonra Afrinə göndəriri. Afrinə gedən PKK üzvləri təşklat tərəfindən bu günlərdə elan edilmiş qondarma İdlib Hərbi Məclisinin tabeliinə verilir. ABŞ-ın dəstəklədiyi PKK terror təşklatı, işğal altında saxladığı bölgələrdən zorla topladığı adamları Türkiyəyə qarşı başlayacaqları müharibə üçün səfərbər elədiyini bəyan edib.
Övladları məcburi əsgərlik adı altında PKK tərəfindən alınan ailələr, başda Menbiç və Afrin olmaqla bir çox bölgədə ayağa qalxıb. Hər ailədən azı bir nəfər gənci Türkiyəyə qarşı döyüşmək üçün öz sıralarına qatan PKK-ya qarşı Menbiçdə etiraz nümayişləri keçirilib. Etiraz edənlərdən 7 nəfəri PKK tərəfindən yaralanıb. Terror təşkilatı son 10 gün ərzində 70 nəfər gənci “hərbi fərari” adlandıraraq həbs edib.