​ABŞ açıqladı: Suriya raketlərimizi vurmayıb

Baxış sayı:
2377

ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı hədəflərə 105 raket atıb və heç bir raket Suriyanın havadan müdafiə sistemləri tərəfindən vurulmayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Baş Qərargahının sözçüsü Kennez Makkenzi deyib.
O bildirib ki, hücum üçün seçilən 3 hədəfə qarşı əməliyyatlarda Qırmızı dəniz, Bəsrə körfəzi və Aralıq dənizində yerləşən ABŞ-a aid esmineslər, sualtı gəmilər və B-1B bombardmançı təyyarələri iştirak edib.
Makkenzi Fransaya məxsus döyüş gəmisinin, Rafales və Miraj qırıcılarının da əməliyyata qatıldığını bildirib.
Qərargah nümayəndəsi İngiltərə məxsus “Taypon” və “Tornado” tipli bombardmançı təyyarələrin də əməliyyatda yer aldığını əlavə edib.