ABŞ açıqladı: Maduronu devirəndən sonra...

Baxış sayı:
5671

ABP prezidentinin Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Venesueladakı proseslərə dair Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Venesueladakı hadisələri "olduqca ciddi" şəklində səciyyələndirən Bolton, "Prezident (Donald Tramp) və müşavirləri bu hadisələri dəqiqə dəqiqə təqib edirlər",- deyib.
 
Son üç aydır ki, müxalifətlə danışan Venesuelalı bəzi rəsmilərin verdikləri vədləri yerinə yetirmələrinə dəvət edən Bolton, "Venesuelanın Müdafiə naziri Vladimir Padrino, Ali Məhkəmənin sədri Maikel Moreno və Prezident Qvardiyasının komandanı Ivan Raphael Hernandez Dala, bunların hamısı Nikola Maduronun getməsi lazım olduğu mövzusunda razılaşıblar. Bu gün günortadan sonra onlar hərəkətə keçməlidirlər və ya bu axşam geri qalan əsgərləri də müvəqqəti prezidentin yanına çəkməlidirlər" deyib.
 
BİR MÜDDƏTDİR PLANLAŞDIRIRIQ
 
Kuba və Rusiyanın bugünkü hadisələrdə Maduronu ayaqda tutduğu yönündə iddialar olduğunu qeyd edən Bolton, "Məhz bu üzdən Venesuelanın xarici qüvvələr deyil, Venesuela xalqı tərəfindən idarə edilməsi lazımdır və bizim də baxdığımız budur" deyib.
Rusiyaya Venesueladakı hadisələrə qarışmamaq çağırışı edən Bolton belə deyib:
"Bir müddətdir Madurodan sonra edəcəklərimiz barədə planlaşdırma aparırıq. Əslində bu cümə axşamı və ya cümə (Ağ Evdə) bir brifinq keçirməyi düşünürdük, amma onu tez də edə bilərik. Guaido hökuməti təhvil alanda Venesuela iqtisadiyyatını Maduronun basdırdığı çuxurdan çıxarması üçün onun rəhbərliyinə edəcəyimiz yardımlar bizim xatirimizdədir. Bu planlarımız davam edir və bəlkə bunları sürətləndirməliyik, çünki hadisələr sürətli inkişaf edir".
Karakasda sabah üçün böyük bir etiraz hazırlığının olduğunu, ancaq şərtlərin xalqın bu gün küçəyə çıxmasına yol açdığını qeyd edən Bolton, Venesuela ordusunun Maduro rəhbərliyinə sadiq olmadığını, ancaq ölkədə olan 20-25 min ətrafındakı Kubalı əsgərin qorxusundan dolayı Madurodan dəstəyini çəkmədiyini iddia edib.
Venesueladakı vəziyyəti "olduqca həssas" kimi qiymətləndirən Bolton, "Bu, uzun müddətdir toplanan bir şeydir. Bu cəhd uğursuz olarsa, Venesuela xalqı çox az ehtimal alternativin olduğu bir diktaturanın içində batacaq" deyə bildirib.

Müxalifət.az