ABŞ 7 ölkəyə TANK VƏ QOŞUN GÖNDƏRDİ

Baxış sayı:
4093

ABŞ ordusunun Atlantika Həll Əməliyyatı çərçivəsində, Belçikadan Avropanın şərqinə və Baltik ölkələrinə intensiv şəkildə ağır hərbi təchizat göndərməyə başladığı qeyd olunub.
 
“Defence News” saytında yer alan xəbərə görə, ABŞ ordusu Atlantika Həll Əməliyyatı çərçivəsində Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan və Baltik ölkələrində strateji məntəqələrə intensiv şəkildə ağır hərbi təchizat göndərməyə başlayıb.
 
ABŞ 3.300 ƏSGƏR VƏ AĞIR HƏRBİ TƏCHİZAT DAŞIYIB
 
Bölgəyə 3300 əsgər, 87 ədəd M-1 Abraam tankları və 18 ədəd M-109 topları, o cümlədən 650 hərbi təchizat sövq edilib.
Avadanlıqların daşının bir hissəsi dəmir yolu, bir qismi də dəniz yolu ilə aparılır.
ABŞ son bir neçə ildir ki, Şərqi Avropaya intensiv şəkildə hərbi güc toplayır.
 
RUSİYAYA TƏHDİD
 
Hərbi təhcizatın daşınmasından sonra qoşunlar 3-15 iyun tarixləri arasında Polşa və Baltik ölkələrində keçiriləcək “Sabre Strike” hərbi təlimində iştirak edəcək.
Təlimdə 18 min NATO əsgəri iştirak edəcək.
Müxalifət.az