ABŞ-a 48 saat vaxt verildi: ÖLKƏNİ TƏRK EDİN

Baxış sayı:
8047

Venesuela prezidenti Nikolas Maduro, ABŞ-ın Caracas səfiri Todd Robinsona ölkədən ayrılması üçün 48 saat vaxt verib.
 
Maduro televiziyadan verdiyi açıqlamada, Robinson və köməkçisi Brayan Naranjoya Venesuela hökumətinə qarşı sui-qəsd qurduğu səbəbilə ölkədən ayrılmaları üçün 48 saat vaxt verdiyini bildirib.
Maduronun ittihamı ilə bağlı ABŞ tərəfindən hələ bir açıqlama gəlmədi.
 
ABŞ SEÇKİDƏ SAXTAKARLIQ OLDUĞUNU DEMİŞDİ
 
ABŞ-ın dövlət katibi Mayk Pompeo, Venesuelada keçirilən seçkilərin "məkrli" keçdiyini və bu səbəblə də pislədiyini açıqlayıb.
Açıqlamada, "ABŞ, 20 mayda Venesuelada baş tutan məkrli seçkiləri pisləyir. Bu seçkilər konstitusiyaya təcavüz və Venesuelanın ənənəvi demokratiyasına təhqirdir" deyə, bildirilib.
Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lucena da verdiyi bəyanatda seçkilərdə 46 faiz seçicinin iştirak etdiyini və 8 milyon 300 mindən çox səsin sayıldığını bildirmişdi. Lucena, 5 milyon 800 mindən çox səs alan Maduronun təxminən 68 faiz səs nisbəti ilə yenidən dövlət başçısı seçildiyini bildirmişdi.
Müxalifət.az