​ABŞ-ın 4 əyalətində fövqəladə vəziyyət elan edildi

 
ABŞ-ın cənubundakı 4 əyalətdə fövqəladə vəziyyət elan edilib.
Muxalifet.az xəbər verir ki, Mərkəzi Amerikada onlarla insanın həyatına son qoyan "Nate" tropik qasırğası Meksika körfəzinə doğru irəliləyir.
ABŞ-ın Luizana, Mississipi və Alabama əyalətləri ilə Floridanın qərb bölgələrində fövqəladə vəziyyət elan edilib.