​ABŞ-ın 3 qırıcısı Yaponiya ərazisində endi

Yaponiyanın Aomori prefekturasında yerləşən Misava hərbi bazasında qeydiyyatda olan ABŞ-a məxsus üç qırıcı F-16 təyyarəsi İşikava prefekturasının Komatsu bazasına məcburi eniş edib.
Muxalifet.az qazeta.ru-ya istinadən xəbər verir ki, məcburi enişə səbəb təyyarələrdən birinin mühərrikində baş verən nasazlıq olub. Digər iki təyyarənin məcburi eniş etməsinin səbəbləri barədə məlumat verilmir. Hadisə nəticəsində xəsarət alan olmayıb.