ABŞ-ın 3 PKK liderinin başına qoyduğu mükafat oyununun ARXA PLANI – AKP RƏSMİSİ AÇIQLADI

Baxış sayı:
1456

AK Partiyadan millət vəkili Mətin Külüng, ABŞ-ın PKK terror təşkilatının üç yüksək səviyyəli sözdə rəhbərinin başına qoyduğu mükafatın bir tələ olduğunu deyib.
 
 Külüng, ABŞ-ın bu addımını taktiki bir gediş və tələ olduğunu, arxasında qaranlıq və qorxulu məqamların olduğunu bildirib:
"ABŞ rəsmilərinin PKK-nın sözdə yüksək səviyyəli üç rəhbərin ünvanını bildirənə mükafat verəcəkləri açıqlaması bir tələdir. Bir müddət sonra bu üç terror təşkilatının liderlərinin səsi İrandan gələ bilər. Məgər 2011-də getmədimi. Murad Karayılan 2011-ci ildə İrandan çıxmadımı? Onsuz da Qəndildəki təşkilatın heyəti qocaldı. Hamısı artıq çox şişiblər. Pulları da xaricdədir. Van, Erciş, Hakkari, Diyarbəkir, Şırnak bələdiyyələrindən oğurladıqları, sizin vergilərinizdən oğurladıqları pullar bu terror təşkilatının Qəndildəki rəhbərlərinin xaricdəki bank hesablarındadır. İndi artıq aparat dəyişdirmələri lazımdır. Qəndilin bir əhəmiyyəti yoxdur artıq Amerika üçün. Hamısı Şengaldə, Hasekidə, Qamışlıdadır. Qəndil artıq çox harınladı, hərəkət belə etmirlər. Ona görə də bunların ləğv olması lazımdır. Onlar gedəndən sonra prosesi Suriya üzərindən aparacaqlar, PYD üzərindən idarə edəcəklər. PKK pis uşaqdır, PYD yaxşı uşaqdır. İŞİD də sənin əmrindədir. Əfqanıstanda İŞİD-çıları saxlayan kimdir? İpək yoluna qarşı İŞİD üzərindən əməliyyatlar aparıb, planlaşdıran kimdir?”
“İndi bu üç dənə beyin bir gün eşidəcəksiniz ki, İrana getmişlər" deyən Külüng, "Ondan sonra Amerika Xarici İşlər Nazirliyindən açıqlama veriləcək ki, Türkiyənin bu üç terror təşkilatı İrana sığındı. İranla aramızdakı münasibətlərin dondurulması və qarşıdurmaya çevrilməsi üçün zəmin hazırlığıdır bu. Diqqətli olun, tələyə düşməyin. Biz bu filmi nə vaxt gördük. 1995-ci ildə Tansu Çillərin baş nazirliyi dövründə haradasa İrana hərbi müdaxilə edəcəkdik. Rəhmətlik Dəmirəl o zaman dövlət ağlı ilə müdaxilə etdi və bunun qarşısını aldı. İndi yenə eyni tələdir. Amma indi unutduqları bir şey var. O gün, Türkiyədə xəritədə Vanı soruşsan, Vanı tanımayan bir baş nazir ilə ölkə idarə olunurdu. Amma indi Vanı deyil, Erciş, Hakkari, Yüksekova, Çuxur, Mardin, Kızıltəpə, Urfa, Suruç, Hatayı və Hassanı, ölkənin dörd bir tərəfini bilən, bu tarixin ruhunu tamamilə yaşayan bir prezidenti var bu ölkənin başında. Türkiyəni tələyə düşəcəklərini güman edirlər. Amma dövlət ağlı ilə Türkiyəni idarə edən bir prezident olduğunu unutdular. ABŞ-ın digər bir istəyi də ondan ibarətdir. Bizə deyirlər ki, Suriyadan çıxın. Afrin və Celabulus, İdlibdən çıxın, biz PYD-ni Aralıq dənizinə çıxaraq. Ondan sonra 2019- da sizi də içəridən qarışdırmağa davam edəcəyik. İçəridə daxili qarışıqlıq istəyirik. İçərisi qarışmış bir Türkiyənin xaricdəki proseslərə müdaxilə etmə şansı varmı? Onun üçün Avropadan bar-bar bağırır terror təşkilatının heyəti. Amma bunların heç biri olmayacaq. Narahat olmayın. Kürdlərin taleyi ilə Türklərin taleyi birdir. Ərəblərin taleyi ilə Kürdlərin taleyi birdir. Türklərin, Kürdlərin, Ərəblərin taleləri birdir. Bu taleyin bir olduğunu dərk edərkən, biz yenidən dünyanın güc mərkəzi olacağıq. 15 iyuldakı çevriliş cəhdinin hədəfi bu məkanda Türklərin, Kürdlərin, Ərəblərin birlikdə bir güc mərkəzi olma perspektivinin üstündən xətt çəxmək üçün idi" deyə bildirib.
Müxalifət.az