​ABŞ-ın 3 ölkədən ibarət "şok qrup"u: Azərbaycan, Gürcüstan və...

Baxış sayı:
2545

NATO blokunun hərbi qaydalarına əsasən, bir ölkənin ərazi mübahisələri varsa, təşkilatın üzvlüyünə iddia edə bilməz. Ancaq bu maneə Gürcüstan və NATO arasında ikitərəfli əlaqələrin qurulması yolu ilə əvəz edilə bilər.
Bunu Rusiyanın Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi, politoloq Vladimir Karyakin deyib.
Onun sözlərinə görə, amerikalılar Qafqazda “Şok qrupu” yaratmaq üçün Gürcüstanın NATO-ya daxil olmasını arzulayırlar.
O, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu format yaratmaq niyyətində olduğunu iddia edib:
“ABŞ-ın bu planı regiondakı vəziyyətə mənfi təsir göstərir. Amma dürüst olsaq, bunun Rusiyaya təhlükə yaradacağını düşünmürəm. Bu, amerikalıların öz böyük hərbi kontingentini bu bölgədə yerləşdirmədiyi müddətə qədərdir. Bütün hallarda isə Rusiya Gürcüstanın NATO hərbi blokuna qoşulmasına imkan verməməlidir”.