ABŞ 2018-ci ildə NATO-da 11 irimiqyaslı təlim keçirəcək

Vaşinqton  2018-ci ildə NATO çərçivəsində 11 irimiqyaslı təlim keçirməyi planlaşdırır.
 
 “RİA Novosti” verdiyi xəbərə görə, bu barədə  Avropadakı təlimlərdə ABŞ Silahlı Qüvvələrinin komandanı general Con Xili bildirib.  
 Məlumata görə, manevrlərin İslandiya, Böyük Britaniya, Baltikyanı və Finlandiyada keçirilməsi planlaşdırılır.  Qlobal təlimlərdə Hərbi-Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri və quru qoşunların iştirakı nəzərdə tutulub.
 General əlavə edib ki, 2017-ci ilin yayında Avropadakı təlimlərdə ABŞ və müttəfiq ölkələrin 40 mindən çox hərbçisi iştirak edib. 
 Xili qeyd edib ki, təhlükəsizlik nöqteyi-nəzərdən Rusiya Avropanın diqqət mərkəzində qalmaqdadır.  Belə ki, Avropanın müvafiq qurumları Belarus və Rusiya arasında 14-20 sentyabr tarixlərində keçiriləcək “Qərb-2017” hərbi təlimləri diqqətlə izləyəcəklər. /apa