ABŞ-ın 2 ölkəni 7 YERƏ PARÇALAMAQ PLANI

ABŞ 2018-ci ilin ikinci yarısında İraq və Suriyada 7 ayrı “cırtdan” dövlət elan etməyə hazırlaşır.
 
1991-ci ildə İraqa, 2013- də isə Suriyaya müdaxilə edən ABŞ, Peşmərgə və PKK-ya legitimlik qazandırmaq üçün hər iki ölkədə “kukla”dövlətlər elan etməyə hazırlaşır. Suriya ordusunda uzun müddət yüksək vəzifədə olan və 2013-ci ildə müxalif cərgələrə keçən bir komandir, “Yeni Şəfəq” qəzetinə bu yöndə sensasion açıqlamalar verib. ABŞ dövlət və Pentaqon rəsmilərinin Hatay-Reyhanlıda onlarla görüş keçirdiyini deyən müxalif komandir, bildirib ki, ABŞ rəsmiləri görüşdə onlara Suriya və İraqda 2018-ci ilin ikinci yarısında ümumilikdə 7 “kukla”dövlət elan edəcəklərini söyləyiblər. ABŞ rəsmilərinin bundan başqa, "Sünnilər daha fəal olmalıdır, əks halda daha çox əziləcəklər" dediyini bildirən müxalif komandir, onlara ABŞ tərəfindən siyasi və hərbi əməkdaşlıq təklif edildiyini bildirib. Suriyalı komandir, Türkiyənin başda Afrin olmaqla, Tel Abyad və Münbiçə müdaxilə məsələsində tələsməsini, əks halda ABŞ-ın bölgəni geriyə dönməz bir uçuruma aparacağını qeyd edib.
 
ABŞ İsrailə ərazi qazandırır
 
“Yeni Şəfəq”ə məlumat verən ÖSO rəsmisi, "Bizimlə görüşən Amerikalılar, bizə dost olduqlarını və şərtlərə razı olduğumuz halda 2012-ci ildə olduğu kimi, yenidən müxaliflərin daha güclü dəstəklənəcəyini vəd edirlər" deyə, söyləyib. Onun fikrincə, Golan-Suveyda xəttində federal status veriləcək sahə yalnız İsrailin təhlükəsizliyi üçündür, burada Dürzilər sadəcə bəhanədir. ÖSO komandirinin bildirdiyinə görə, ABŞ-ın buradakı hədəfi Livan-Suriya sərhədində İsrailə daha çox ərazi qazandırmaq və Hizbullahın keçid dəhlizini əngəlləməkdir. Müxalif komandir bildirib ki, Suriyada aktiv neft sahələrinin 65 faizi PKK-ya verilib. ABŞ-ın Sünnilər üçün ayırdığı ərazi isə əhali sayı yox sayılaraq, kiçik sahəni əhatə edir.
 
ABŞ ETİMADINI İTİRİB
 
Müxalif komandir görüşdə onunla birlikdə iştirak edən ÖSO nümayəndələrinin isə AMERİKALILARA  belə cavab verdiyini söyləyib: "7 illik müharibə ərzində davamlı aldanan tərəf olduq. Ölkənin 54 faizinə nəzarət etdiyimiz halda, bu gün sizin sayənizdə ölkənin yalnız 17 faizinə nəzarət edirik. Bu səbəbdən də ABŞ müxaliflər yanında etimadını çoxdan itirib." Terror təşkilatının İraq və Suriyada havadarlığını edən ABŞ-ın sərhəd boyunda müxtəlif təxribatlara əl atacağını deyən Suriyalı komandir, dinc əhalini də Türkiyəyə qarşı qızışdırmağa çalışdığını vurğulayıb.
 

Xəritədə belə hissələrə ayırdılar
 

Suriyada Ağdənizdən başlayaraq Lazkiye-Tartus-Şam xəttini Nusayri federal bölgəsinə daxil edən ABŞ, Suveyda-Golan-Kuneytrayı isə Dürzilər üçün ayırıb. ABŞ-ın separatçı xəritəsində Hələb, İdlib, Xama əyalətləri də Sünnilərə verilib. Vaşinqtonun tərtib etdiyi pirat xəritədə Hasəkə, Deyrizorun şimalı, Rakka, Münbiç və Qamışlı xətti də PKK-ya verilib. İraqda isə Tikrit-Səlahaddin-Ənbar və Fəllucə Sünnilərə, Ərbil-Duhok-Haləpçə-Süleymaniyə bölgələri Peşmərgəyə, Bağdat-Nasıriyyə-Kadisiyy-Nəcəf dəhlizi isə Şiələrə buraxılıb.

Müxalifət.az