Abituriyentlərdən zəif nəticə - MÜQAYİSƏ

Qəbul imtahanlarında 1-ci və 2-ci imtahanda ən yüksək bal toplayan abituriyentlərin sayı məlum olub.
 
Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib. K.Əsədov bildirib ki, bu il II qrup üzrə keçirilən 1-ci imtahanda 286 abituriyent 600-dən yuxarı bal toplayıb, ikinci imtahanda 600-dən yuxarı bal toplayanların sayı isə 412 nəfər olub:
“2016-cı ildə II ixtisas qrupunda 600-dən çox bal toplayan 656 nəfər olub. Bu il isə II ixtisas qrupu üzrə keçirilən 1-ci imtahanda 600-dən yuxarı bal toplayanların sayı 453 nəfər idisə, bu qrup üzrə 2-ci imtahanda 600-dən yuxarı bal toplayanların sayı 690 nəfərdir. Keçən il III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan 607 nəfər olub”.
Ekspert ixtisas qrupları üzrə ortalama bal göstəricilərini də qeyd edib:
“Bu il II ixtisas qrupu üzrə keçirilən 1-ci imtahanın ortalama göstərici -204.9, 2-ci imtahanın ortalama göstərici 216,62-dir, III ixtisas qrupu üzrə keçirilən 1-ci imtahanın ortalama göstərici 215,79, həmin qrup üzrə keçirilən 2-ci imtahanın ortalama göstərici 263,67-dir. Bu, keçən ilki göstəricilərdən 20 bal azdır”./axar.az