Abid Şərifovun ailə üzvü dəhşətli hadisədə ÖLDÜ

Baxış sayı:
7396

2 gün əvvəl Bakı şəhər Sabunçu rayonunda baş vermiş dəhşətli hadisədə vəfat edən şəxsin baş nazirin sabiq müavini Abid Şərifovun yaxın qohum olduğu məlum olub.
Muxalifət.az  Bakupost-a istinadən xəbər verir ki, mayın 2-də, gecə saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində “Volksvagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vuran sürücü Zahid Şərifov Abid Şərifovun qardaşı nəvəsidir.
Qəza nəticəsində sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.