​ABEL MƏHƏRRƏMOVUN REVANŞI! – Sabiq rektor öz adamlarını Kimya fakültəsinə toplayır ki...

Baxış sayı:
4735

Bakı Dövlət Universiteti (BDU) Tədris Departamentinin müdiri Qurbanova Məlahət Müsrət qızı yeni vəzifəyə təyin olunub.

Muxalifet.az xəbər verir ki, bu haqda universitet daxilindəki etibarlı mənbələrdən informasiya daxil olub.
Mənbənin sözlərinə görə, adi halda bu təyinat o qədər də ciddi maraq kəsb etməyə bilərdi. Lakin M.Qurbanovanın sabiq rektor Abel Məhərrəmova yaxın kadrlardan olması və məhz Kimya fakültəsinə dekan müavini vəzifəsinə təyin edilməsi heç də sıradan bir hadisə deyil. Söhbət ondan gedir ki, A.Məhərrəmov öz adamlarını rəhbərlik etdiyi Kimya fakültəsində müəyyən vəzifələrə gətirməklə, dekanlığı tamamilə öz nəzarətinə almağa çalışır.
BDU daxilində A.Məhərrəmovun bu addımı onun əvvəlki nüfuzunu geri qaytarmaq istiqamətində revanşı kimi dəyərləndirilir.  

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.