​Abel Məhərrəmovun oğlunu hansı aqibət gözləyir? - XİN-dən müəmmalı REAKSİYA

Baxış sayı:
2038

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunduqdan sonra onun oğlu, Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun barəsində də araşdırmaların başlanılacağı və geri çağırılacağı barədə xəbərlər yaylıb.
Azərbaycandan çəlləklərlə şərab çıxardığı qeyd edilir. İddia olunur ki, İspaniyaya aparılan şərab çəlləkləri orada qablaşdırıb və xaricdə istehsal olunubmuş kimi ölkəmizə geri qaytarılıb.
Ölkədə rezonansa səbəb olan iddialarla bağlı müxtəlif fikirlər səsləndirilir. Azərbaycanın Xarici İşlər Nazirliyi isə səfir Anar Məhərrəmov barədə bu günə qədər səsləndirilən iddialara münasibət bildirməyib.
Rəsmi mövqe almaq üçün XİN-lə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya Anar Məhərrəmovun səfir kimi fəaliyyəti və şərab biznesinin olması barədə araşdırmaların aparılıb-aparılmadığı barədə sual ünvanladıq. Leyla Abdullayeva isə sualı cavablandıra bilməyəcəyini dedi: “Mən bu sualı cavablandıra bilmirəm”.
Ümid edirik ki, yaxın müddət ərzində İspaniya Krallığındakı səfir Anar Məhərrəmov barədə də araşdırmalar başladılar. Çünki belə iddiaların səsləndirilməsi Azərbaycanın beynəlxalq imicinə xələl gətirə bilər. Səfirlər xarici ölkələrə bizneslə məşqul olmaq üçün deyil, Azərbaycanı uğurla təmsil etmək və diplomatik missiya yerinə yetirmək üçün təyin olunublar./missiya.az/