​Abel Məhərrəmovun milyonluq müklərinin SİYAHISI

Baxış sayı:
5326

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Unikal.org 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun ümumilikdə villalarının sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı isə 2-dən çoxdur.
Binəqədidə Varovski deyilən ərazidə iki villası;
Quba rayonunda – 1 villası;
Xızı rayonunda – 1 villası;
Nabranda – 1 villası;
Şüvəlan qəsəbəsində – 1 villası;
Mərdəkan qəsəbəsində – 1 villası;
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;
Nərimanov rayonunda yerləşən – "Monaliza” şadlıq sarayı;
8 mikrorayonda restoranı. 
Nabranda istirahət mərkəzi var 

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.