Abel Məhərrəmovun kadrları işdən qovuldu - ELÇİN BABAYEVDƏN İKİ REKTORLA BAĞLI QƏRAR

Baxış sayı:
16705

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb.

Muxalifet.az xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.
Onların yerinə isə hələlik heç bir təyinat yoxdur.
Məsələ ilə bağlı əlavə məlumat olan kimi oxuculara təqdim edəcəyik.
Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır./demokrat.az