ABEL MƏHƏRRƏMOVU ƏVƏZLƏYƏ BİLƏCƏK ŞOK İSİMLƏR – BDU-nun rektoru bu 3 şəxsdən biri olacaq

Baxış sayı:
9160

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunduqdan sonra ayrı-ayrı qəzet və saytlar onun yerinə namizədlər axtarışına çıxıb. Belə ki, sözügedən mətbu orqanlarda sabiq rektorun yerinə təyin olunacaq şəxslərin adları açıqlanmaqda və onlarla bağlı müxtəlif informasiyalar verilməkdədir.
Muxalifet.az
-a daxil olan məlumata görə isə, tamamilə fərqli isimlər BDU-nun rektoru təyin oluna bilər. Mötəbər mənbə bu haqda əməkdaşımıza 3 nəfərin namizədliyi üzərində dayanıldığını vurğuladı.
Bunlardan birinci namizəd Milli Məclisin deputatı, BDU-nun Ümumi psixologiya kafedrasının müdiri, professor Bəxtiyar Əliyevdir.

İkincisi, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru Ziyafət Əsgərovdur.

Üçüncüsü, Sumqayıt Dövlət Universitetinin rektoru, 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış, elmlər doktoru, professor Elxan Hüseynovdur.

Mənbə deyir ki, hazırda bu 3 şəxsin namizədliyi üzərində dayanılıb və BDU-nun rektoru vəzifəsinə onlardan biri təyin oluna bilər.
 
Muxalifet.az