​Abel Məhərrəmov büdcədən 50 milyon manat istədi – PREZİDENTİN SƏRƏNCAMINA MƏHƏL QOYULMUR?

Baxış sayı:
5734

2017-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs status verildi. Sərəncama əsasən, hər iki təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməli idi. Publik hüquqi şəxs sisteminə keçiddən sonra isə dövlət büdcəsindən maliyyələşmə tamamilə dayandırılacaqdı...
Maraqlıdır ki, ölkə başçısının məluma sərancamına rəğmən, Bakı Dövlət Univeristeti nəinki müstəqil maliyyələşmə sisteminə keçib, əksinə cari ildə dövlət büdcəsindən fantastik məbləğdə vəsait istəyib.
Bu haqda Muxalifet.az-ın redaksiyasına məlumat verən etibarlı mənbənin sözlərinə görə, BDU-nun rektoru Abel Məhərrəmovun 2018-ci il üçün dövlət büdcəsindən rəhbərlik etdiyi təhsil müəssisəsinə ayrılmasını arzuladığı məbləğin miqdarı nə az, nə çox, düz 50 milyon manatdır.
Mənbə deyir ki, prezidentin məlum sərəncamından sonra A.Məhərrəmovun bu arzusu birmənalı qəbul oluna bilməz. Çünki Bakı Dövlət Universiteti publik hüquqi şəxs statusu qazanan təhsil ocağı kimi, artıq maddi cəhətdən özünü tamamilə təmin etməlidir. Bununla belə, Abel Məhərrəmov büdcədən ötənilki vəsaitlərdən iki dəfədən də çox pul istəyib.
Xatırladaq ki, Bakə Dövlət Universitetinə 2012-ci ildə büdcədən 20 milyon 403 min manat, 2013-cü ildə isə 22 milyon 967 min 593 manat vəsait ayrılıb.
Məlumata əsasən, Abel Məhərrəmovun bu istəyi büdcə müzakirələri zamanı da normal qarşılanmayıb və nəticədə BDU-ya 2018-ci il üçün 10 milyon manat ayrılmasına qərar verilib.

Muxalifet.az

P.S. Mövzunu araşdırırıq. Qarşı tərəfi də dinləməyə hazırıq.