​Abdullah Güldən məxfi görüşlər: Ərdoğanın yaxın adamları ilə...

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün ölkənin cənub-şərq bölgəsində müxtəlif təriqət liderləri ilə görüşdüyü iddia edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzetinin yazarı İsmət Özçelik qələmə aldığı “Gül işdə, təriqət liderləri ilə görüş” başlıqlı məqaləsində qeyd edib.
“Sabiq prezident Abdullah Gül son zamanlar heç boş dayanmır. Dövlətin avtomobilləri, məmurları, binaları... əmrindədir. Ofisdə canlanma var. Ciddi şəkildə biruzə vermir. Lakin təqaüddə olan diplomatlar, ali səviyyəli bürokratlar, kənarda qalan AKP-çilər, müxalif partiyaların önəmli şəxsləri ofisə tez-tez girib-çıxır. Ərdoğanın yaxın çevrəsindən verilən məlumata görə, AKP-də aktiv fəaliyyətdə olanlarla da əlaqəsi var. Lakin onlarla görüş ofisdə baş tutmur. Dost görüşlərində “təsadüfən” bir araya gəlirlər”, - yazar qeyd edib.
Özçelik məqaləsinin sonunda Gülün son görüşlərini olduqca ilginc adlandırıb.