Abdullah Gül prezidentliyə namizədliyini SABAH AÇIQLAYACAQ

Baxış sayı:
3082

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün prezidentliyə namizədliyini sabah açıqlayacağı iddia edilib.
 
Türkiyə 24 İyunda erkən seçkiyə gedərkən prezidentliyə namizəd olub-olmayacağı ən çox mübahisə doğuran Abdullah Gül artıq qərarını verib. “İnternethaber”-in verdiyi son dəqiqə xəbərinə görə, Abdullah Gülün sabah prezidentliyə namizəd olduğunu açıqlayacağı öyrənilib. Gül qərarını “Səadət” Partiyasının lideri Təməl Karamollaoğlu ilə keçirəcəyi görüşdən sonra elan edəcəyi iddia edilib.
“İnternethaber”-in Abdulllah Gülə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Abdulla Gül bir müddətdir gizli apardığı danışıqlarında namizədlik məsələsini qətiləşdirib.
Abdullah Gülün namizədliyini sabah “Səadət Partiyasının” sədri Təməl Karamollaoğlu ilə keçirəcəyi görüşdən sonra elan edəcəyi bildirilir.
Müxalifət.az