Abdullah Gül: “Gülənlə görüşdən xəbərim olmayıb”

Türkiyənin sabiq prezidenti Əhməd Davudoğlunun Fətullah Gülənlə görüşü barədə fikirlərini bəyan edib.
III Qlobal Bakı Forumundan ölkəsinə qayıdan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Atatürk hava limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
A.Gül onun vaxtında Xarici İşlər naziri vəzifəsində çalışan Əhməd Davudoğlunun 2013-cü ildə Fəthullah Gülənlə görüşməsindən xəbərsiz olduğunu dilə gətirib.
“Baş nazir Əhməd Davudoğlunun bir açıqlaması olub. 2013-cü ildə Fəthullah Güləni ziyarət etdiyini və bu mövzuda da sizdən icazə alındığını deyib. Bu barədə nə deyə bilərsiniz?” – sualına sabiq prezident bu cür cavab verib: “Mənimlə əlaqəli hissəsində səhv etdiniz. Çünki mən məsələni sonradan öyrənmişdim”.
Qeyd edək ki, Ə.Davudoğlu F.Gülənlə bağlı görüşü barədə “Milliyet” qəzetinə verdiyi müsahibədə söz açıb. Lakin həmin vaxt baş nazir vəzifəsində çalışan Rəcəb Tayyib ərdoğanın razılığı və məlumatı daxilində görüşü erallaşdırdığını vurğulayıb.