Abdulbari Gözəlin ailəsinə məxsus şirkət İraq Mərkəzi Bankının yeni binasını inşa edir - FOTOLAR

Baxış sayı:
349

"Azersun Holdinq"in prezidenti, tanınmış iş adamı Abdulbari Gözəlin ailəsinə məxsus olan "DAAX Construction" MMC İraq Mərkəzi Bankının yeni binasının tikintisini həyata keçirir. 
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumata görə, 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.
"DAAX Construction" MMC 2006-cı ildə "DİA Holdinq"in ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə Abdulbari Gözəlin ailəsinə məxsus olan ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir. 
Şirkətə "Azersun Holdinq"in prezidentinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.