​Abdulatipov Əliyevlə görüşdə Abbas Abbasovdan da danışıb

Azərbaycan hakimiyyəti baş nazirin keçmiş müavininə qarşı təzyiqləri dayandıracaqmı?
 
Abbas Abbasovun qardaşı həbsdən buraxıldı

 
Rusiya Federasiyası Dağıstan Federasiyasının prezidenti Ramazan Abdulatipovla Azərbaycanın rəhbəri Ilham Əliyevin görüşündə baş nazirin keçmiş müavini Abbas Abbasovla bağlı məsələ də müzakirə olunub.
Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, müzakirələr Azərbaycan hakimiyyətinin Abbas Abbasova təzyiqləri dayandırması istiqamətində olub. Məlumat üçün deyək ki, Milyarderlər Ittifaqı yaranandan sonra Abbas Abbasov Azərbaycan hakimiyyətinə qəzəbinə tuş gəlmişdi. Bakı Abbas Abbasovun Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı planlarında yer almaqda ittiham edirdi. Abbas Abbasov dəfələrlə bəyanat verib Ilham Əliyev sadiq olduğunu bildirsə də, hakimiyyəti buna inandıra bilmədi. Onun Azərbaycandakı biznesi çökdürüldü, yaxın qohumları həbs olundu, oğlu deputat Aydın Abbasov bu ilki parlament seçkilərindən kənarda saxlanıldı və s.
Onu da bildirək ki, Abbas Abbasovla Ramazan Abdulatipov arasında dostluq münasibətləri var. Bundan başqa Abbas Abbasov biznesini Dərbəndə köçürüb. Azərbaycan hakimiyyəti də Dərbənddə həm siyasi, həm də iqtisadi cəhətdən möhkəmlənməkdə maraqlıdır. Bir müddət əvvəl Dərbənddə baş verən olaylarda da Abbas Abbasovun adı hallandırılırdı.
Ramazan Abdulatipovun Ilham Əliyevlə görüşdə Abbas Abbasovla bağlı məsələ qaldırmasının müsbət nəticə verib-vermədiyini deyə bilmərik. Lakin Ilham Əliyevin bu məsələdə Ramazan Abdulatipovla razılığa gələcəyi inandırıcı görünmür.
P.S. Aldığımız son xəbərə görə, Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun həbs altında saxlanılan qardaşı Nadir Abbasov dünən azadlığa buraxılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Görünür, Abdulatipov Ilham Əliyevi bu məsələdə razı sala bilib.
Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.