​Abbasdan İsrailə qarşı sərt: Oslodan imtina edəcəyik

Baxış sayı:
324

Trampın Qüds qərarı ilə başlayan böhran həll edilməsə, Oslo sülh müqaviləsi, o cümlədən İsraillə bütün müqavilələrdən imtina edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas İƏT Zirvə görüşündən sonra bildirib.
"Qüdslə bağlı vəziyyətdə dəyişiklik olmasa, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən 1993 və 1995-ci ildə Oslodakı sülh müqavilələri, o cümlədən İsrail ilə aparılan bütün müqavilələr artıq ləğv ediləcək. Oslodakı müqavilələr İsrail ilə bizim aramızda imzalanıb, lakin vəziyyət dəyişməsə, o müqavilələri rədd edəcəyik", - Abbas vurğulayıb.