Abbas Abbasovun tərəfdarları çağırış etdi

“Söyün Sadıqov və Qudsi Osmanovun təxribatçı hücumlarına çağırırıq”

Azərbaycanlıların milli-mədəni muxtariyyatının Tver regional ictimai təşkilatı müraciət yayıb.

Müraciətdə deyilir:

Əziz həmvətənlilər!

Biz Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatının ətrafında yaranan situasiyadan narahatıq və AzərRos prezidentinin 2015-ci il 15 aprel müraciətinə qoşuluruq. 

AzərRos-un 2015-ci ilin aprelin 14-də keçirilən saxta qurultayında qeyri-leqitim muxtariyyatın paralal rəhbərliyinin seçkisi keçirilib.

Bu “qurultay”ın keçirilməsi faktı ilə yanaşı onun təşkilatçılarının AzərRos-un 2015-ci ilin martın 26-da Ədliyyə Nazirliyinin qeydiyyata aldığı nizamnaməsinə məhəl qoymaması əsas qəzəb doğuran faktdır.

RF Ədliyyə Nazirliyinin şəhadətnaməsinə əsasən, hüququi şəxslərin vahid reyestrinə AzərRos prezidenti səlahiyyətinin Mehriban Eldar qızı Sadıqovanın, Federal Şuranın sədri səlahiyyətinin Fayaz Ələddin oğlu Paşayevin, Ağsaqqallar Şurası sədri səlahiyyətinin Abbas Aydın oğlu Abbasovun üzərinə qoyulmasına barədə məlumatlar daxil edilib.

Ancaq bu “qurultayın” təşkilatçıları Söyün Sadıqov və Qudsi Osmanov bizim həmvətənlərimizin sırasını parçalamaq istəyirlər.

Qanunsuz əməlləri ilə bu saxta liderlər Rusiyada azərbaycanlıların muxtariyyatının vahidliyini dağıdır. Onlar unudur ki, muxtariyyatın əsas məqsədi Rusiyadakı azərbaycanlıların maraqlarının müdafiəsi, mədəni ənənələrinin qorunması, həmçinin rus və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsidir.

Hörmətli və nüfuzlu şəxslərin – AzərRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barədə böhtan yaymaqla onlar bütün Azərbaycan muxtariyyatının nüfuzuna zərbə vurmaq istəyirlər.

Siyasi araqarışdıranlıqla məğşul olmaqla Rusiya və Azərbaycan ali rəhbərliyinin diqqətini cəlb etmək istəyən Sadıqov və Osmanov Rusiyada yaşayan azərbaycanlıların deyil, ilk növbədə öz maraqlarını güdürlər.

Məqsədlərinə çatmaq üçün onlar AzərRos-un fəaliyyəti barədə yalan məlumat yaymaqdan çəkinmir.

Könhə atalar sözünü yada salaq: “Özgə atına minən tez düşər”.

Artıq neçə illərdir Azərbaycan muxtariyyatının birləşdirici həlqəsi kimi AzərRos Ağsaqqallar Şurasının sədri Abbas abbasov olub. Onun müxtəlif məsələlərin həllində göstərdiyi yardım həmişə qiymətləndirilib.

Abbas abbasovun fəal iştirakı və dəstəyi ilə Tver vilayətində regional muxtariyyat üçün əhəmiyyətli layihələr reallaşdırılıb. Bu iş davam edir: federal ve gerionlan qrantlarda iştirak muxtariyyatın qarşısına qoyduğu məqsədləri həyata keçirməyə imkan verir.

Ona görə də Azərbaycan muxtariyyatının nüfuzlu xadiminin adını nüfuzdan salmaq cəhdləri biz Azərbaycan muxtariyyatının birliyinin əsasını dağıtmaq və həmvətənlərimizi bir birindən ayırmaq niyyəti kimi qiymətləndiririk.

Biz Söyün Sadıqov və Qudsi Osmanovun təxribatçı hücumlarına uymamağa və öz əməlləri ilə AzərRos-un rifahı naminə bundan sonra da işləmək hüququna malik olduğunu sübut edən adamları dəstəkləməyə çağırırıq.

Bu müraciət Tver milli-mədəni muxtariyyatının idarə heyətinin toplantısında yekdilliklə qəbul edilib.