​Abadi İraq bayrağını İŞİD-in son qalasına sancdı

İŞİD-dən azad olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi olan Qaim şəhəri ilə Hüseyba sərhəd məntəqəsinə İraq bayrağı sancılıb.
Muxalifet.az xəbər verir ki, bayrağı məntəqəyə İraqın Baş naziri Heydər Abadinin sancdığı bildirilib.
Abadi çıxışında bu ərazilərin İraq qüvvələri tərəfindən azad olunduğunu deyib:
“Onların fədakarlığı olmadan bu uğura nail ola bilməzdik”.
Qeyd edək ki, 2 gün əvvəl İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub.