AB və London arasında vacib saziş

Baxış sayı:
19732

Avropa Parlamenti Breksitdən sonra AB və Böyük Britaniya arasında vizasız rejimlə bağlı qanun layihəsini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti informasiya yayıb.
Vizasız rejimin lehinə 502, əleyhinə isə 81 parlamentari səs verib. 29 nəfər bitərəf mövqe nümayiş etdirib. Sənədə əsasən, Breksitdən sonra qısa müddətlik (istənilən 180 gün ərzində 90 gün) Şengen zonasına gedən Böyük Britaniya vətəndaşlarına vizasız səfər imkanı yaradılacaq.
“Bu, Breksitdən sonra Böyük Britaniya və AB arasında vizasız səyahətlərə zəmanət baxımından əhəmiyyətli addımdır”, - AB-dən bildirilib.