​AB-nin iclasında nazirlər bir-birinə girdi - Dava

Baxış sayı:
4246

Avropa Birliyinin iclasında İtaliya və Lüksemburq nazirləri arasında münaqişə yaşanıb.
Muxalifet.az xəbər verir ki, miqrant böhranı ilə bağlı keçirilən iclasda İtaliya baş nazirinin müavini və Daxili İşlər naziri Matteo Salvini ilə Lüksemburq Xarici İşlər naziri Jan Asselborn arasında yaşanan münaqişə sonradan davaya çevrilib.
Lüksemburq XİN rəhbəri Avropanın yaşlandığını, bunun üçün miqrantlara ehtiyac olduğunu söyləyib. İtaliya baş naziri isə bu sözləri deyib:
"Bəzi həmkarlarımızın Avropa əhalisi yaşlandığı üçün miqrantlara ehtiyac olduğu deyir. Mən tamamilə fərqli düşünürəm. Bəlkə Lüksemburqda buna ehtiyac var, amma İtaliyada bizim gənc nəsli inkişaf etdirməyə ehtiyacımız var. Artıq dünyaya gətirmədiyimiz uşaqlarımızın yerini doldurmaq üçün yeni kölələrə ehtiyacımız yoxdur".