​AB-ni yenidən yaratmaq lazımdır – Valensa

Baxış sayı:
6496

Avropa Birliyini indiki formasında inkişaf etdirmək yerinə, onu ləğv edib, yenidən yaratmaq lazımdır.
Muxalifet.az xəbər verir ki, bunu İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində Polşanın keçmiş prezidenti Lex Valensa deyib. Onun sözlərinə görə, AB-yə alyansın tərkibinə daxil olan ölkələrin fərqli inkişaf yolları mane olur:
“AB tamamilə fərqli şəraitdə yaranıb. Mən çoxdan AB üzvlərinin fərqli inkişaf yollarını seçəcəkləri təqdirdə Almaniya və Fransanın qurumu xilas edə bilməyəcəkləri ilə bağlı xəbərdarlıq etmişəm. AB-ni indiki formada ləğv edib, hər şeyi yenidən başlatmaq lazımdır”.