AB liderlər zirvəsi Türkiyə əleyhinə toplanır

Baxış sayı:
9925

Belçikanın paytaxtı Brükseldə 20-21 iyunda reallaşacaq zirvə Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla keçriləcək.
 
Zirvə proqramına görə, liderlərin gündəm maddələri arasında, AB təşkilatlarının yeni rəhbərliyinin təyin olunması, Birliyin 2019-2024 Strateji Gündəmi, 2021-2027 Çox İllik Maliyyə Çərçivəsi (MFF) və İngiltərənin AB-dən ayrılıq müddəti (Brexit) yer alacaq.
Liderlər xarici siyasət sahəsində isə Ukraynanın şərqi ilə Azov dənizində yaşanan gəlişmələri və Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların uzadılmasını müzakirə edəcək.
 
TÜRKİYƏNİN ŞƏRQİ ARALIQ DƏNİZİNDƏKİ FƏALİYYƏTLƏRİ
 
Bunlarla yanaşı, Türkiyənin Şərqi Aralıq dənizindəki qazma və qaz axtarış fəaliyyətləri də zirvədə gündəmə gələcək.
Yunanıstan və Cənub Kipr Yunan Rəhbərliyi Türkiyəyə diplomatik təzyiq olunması üçün müraciət edib. Zirvənin ikinci günündə isə Avro Qrupu yığıncağı keçiriləcək.
Müxalifət.az