​AB-dən Türkiyə ilə bağlı “qarışıq” açıqlama

Baxış sayı:
2971

Avropa Birliyi ilə Türkiyə arasında anlaşılmazlıqlar davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının rəhbəri Jan Klaud Yanker deyib
“Hazırda tərəflər arasında müəyyən problemlər var. Buna görə də martın 26-da Bolqarıstanın paytaxtı Varnada keçiriləcək AB-Türkiyə zirvəsinin necə nəticələnməsi haqda qarışıq fikirlərə sahibəm”, - Yanker bildirib.
Qeyd edək ki, martın 26-da Varna sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AB Komissiyasının rəhbəri Jan Klaud Yanker və AŞ rəhbəri Donald Tuskla görüşəcək.