AB-dən Səudiyyəyə çağırış: Dünyada ən pis...

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya bütün hava və dəniz limanlarını bağlaması Yəməndə fövqəladə vəziyyətin yaranmasına səbəb olub.

Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Birliyinin rəsmisi Kristos Stilianides bildirib.
Stilianides bildirib ki, xalqın ehtiyacları məhdudlaşdırılıb: "Yəmən dünyada ən pis böhranla qarşı-qarşıya qalıb. Əhalinin 2/3-si yardıma möhtacdır. AB Yəmənə humanitar yardım üçün məhdudiyyətlərin aradan qaldırılmasını təklif edir".
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb. Ərəbistan ordusu raketləri zərərsizləşdirməyi bacarıb. Bundan sonra husilərin atdığı raket zərbəsinin arxasında İranın dayandığı iddia edilsə də, Tehran bu iddiaları rədd edib.