​AB-dən Rusiyaya zərbə: BU LAYİHƏ DAYANDI

Şimal axını 2 qaz kəmərinin çəkilməsinə ehtiyac yoxdur.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Avropa Komissiyası yayıb. Komissiya buna səbəb kimi Avropa Birliyin yanacağa tələbatının azalmasını göstərib. Rəsmi Brüssel bundan sonra da rus qazının Avropa Birliyinə tranzitinin Ukrayna vasitəsilə edilməsi məsələsini müdafiə edəcəyini bildirib.
Qeyd edək ki, Şimal axını 2 layihəsi rus qazının Baltikin dibi ilə Almaniyaya çatdırılmasını nəzərdə tutur. Moskvanın bu layihəni gerçəkləşdirməsinə səbəb Ukraynanın öz ərazisindən rus qazının tranzitinə izn verməməsidir. Layihənin əsas əleyhdarları ABŞ, Polşa və Ukrayna, tərəfdarları isə Fransa, Almaniya və Avstriya sayılır./axar.az/