AB-dan Rusiyaya çağırış: Dərhal və qeyd şərtsiz azad edin!

Baxış sayı:
22021

Avropa İttifaqı (AB) Kerç Boğazında Rusiya tərəfindən tutulan Ukrayna əsgərlərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
 
AB Komissiyası sözçülüyündən edilən açıqlamada, "Rusiyanın həbs etdiyi 24 Ukraynalı hərbçinin dərhal və qeyd şərtsiz sərbəst buraxmasını və əsgərlərin vəkillərlə və konsulluq nümayəndələri ilə ünsiyyətinin məhdudlaşdırılmamasını tələb edirik" deyə bildirilib.
Qeyd edək ki, Ukrayna hərçilərinin həbs müddəti 24 aprel tarixinə qədər uzadılıb.
AB Kerç boğazı və Azov dənizində təhlükəsiz keçidi təmin edəcək xəbərdarlığını təkrarlayıb.
Müxalifət.az