​AB ABŞ-a qarşı sanksiyalara hazırlaşır

Baxış sayı:
2515

Avropa Birliyi ABŞ-a üç ay müddətində polad məhsullarının idxalına məhdudiyyət qoyması qərarına görə sanksiya tətbiq edə bilər.
Muxalifet.az xəbər verir ki, “Röyter” agentliyinin mənbəsi Avropa Birliyinin ABŞ-a cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib.
“Biz ticarət müharibəsindən qaçmaq istəyirik, lakin AB sənayenin maraqlarını müdafiə etmək üçün Ümumdünya Ticarət Təşkilatı qaydaları çərçivəsində müvafiq tədbirlər görməlidir”, - deyə mənbə bildirib.