​93 yaşlı diktatorla bağlı qərar dünyanı ayağa qaldırdı - SENSASİYA

Dünya Səhiyyə Təşkilatı Zimbabve lideri Robert Muqabeni xoşməramlı səfir təyin etmək qərarından vaz keçib.

Muxalifet.az xəbər verir ki, təşkilat yaydığı açıqlamada artan tənqid və etirazlardan sonra belə bir qərar verdiklərini açıqlayıb. DST-nin bu qərarından geri addım atmasında bəzi mədəni qurumların və qərb ölkələrinin rəsmilərinin də rol oynadığı bildirilib.
Qeyd edək ki, 93 yaşlı Muqabe 37 ildir hakimiyyətdədir və onun yaratdığı diktatura rejimi tez-tez tənqid olunur.