9 İngilis terrorçu Afrindəydi, 1-i qaçdı, DİGƏRLƏRİ..

Baxış sayı:
2728

Terror təşkilatı YPG/PKK-ya dəstək verən İngilis Jamie Janson, Afrində ölən terrorçu dostlarına ağlayır. Afrində TSQ və ASO-ya qarşı vuruşan 9 İngilis terrorçudan 8-nin öldürüldüyü, Jansonın isə qaçdığı müəyyən olunub.
 
TSQ və ASO-nun, Afrindəki terrorçuları təmizləmək üçün başlatdığı əməliyyatda, İngilis qadın terrorçu Anna Kampbell öldürülmüşdü.
 
8 İNGİLİS TERRORÇU ÖLDÜRÜLDÜ
 
15 Mart tarixində öldürülən Anna Kampbell, terror təşkilatı sıralarında öldürülən 8-ci İngilis vətəndaşı və ilk qadın terrorçu olmuşdu.
 

İNGİLİS JANSON QAÇDI
 
TSQ və ASO-nun mühasirəyə aldığı Afrindən qaçan terrorçuların arasında olan İngilis Jamie Janson da ölən yoldaşlarının xatirəsinə bir video çəkib.
400-dən çox terrorçunun basdırıldığı qəbiristanlığın qarşısında danışan Jamie Janson intiqamalacağına and içir. Artıq İngilis terrorçunun and içdiyi qəbirstanlığın yerləşdiyi bölgə də terrorçulardan tamamilə təmizlənib.
Müxalifət.az