​9-cu sinif şagirdi məktəbə balta ilə hücum etdi – YARALILAR VAR

Baxış sayı:
1044

Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.
Bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib və kabinetlərdən birini yandırıb. 
Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.
Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.
Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.
Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin səbəbi araşdırılır(apa).