9 ABŞ senatorundan Səudiyyə vəliəhdinə bir məktub: “Onları buraxın”

Baxış sayı:
1171

ABŞ-ın 9 senatoru Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məhbus aktivistləri sərbəst buraxması üçün çağırış ediblər.
 
ABŞ-lı bir qrup Demokrat senator Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana aralarında ABŞ vətəndaşının da olduğu məhbus fəal və müxalifləri sərbəst buraxması üçün çağırış edib.
Demokrat senator Dik Durbin, 2020-də prezidentliyə namizəd olacaq Elizabeth Warren və Jeanne Şaheennin də aralarında olduğu 9 Demokrat senator vəliəhd şahzadə bin Səlmana məktub yazıb.
Senatorlar məktubda, Səudiyyə Ərəbistanında məhbus olan müxalif və fəalların buraxılması çağırışı edərək bu ifadələrə yer verib:
"Yalnız nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanan fəal və müxaliflərin uzun müddət qanunsuz həbsdə saxlanmalarına dair hesabatlar deyil, eyni zamanda qadınlara, fərqli dinə mənsub fərdlərə və immiqrant işçilərə tətbiq olunan pis rəftar və sistematik ayrı-seçkilik də açıq bir şəkildə sənədləşdirildi".
Yazıçı Raif Bədəvi və insan hüquqları vəkili Vəlid Əbu Kahirlə bərabər, qadın hüquqları müdafiəçisi Lujen Hatul və Samar Bədəvinin qeyd şərtsiz buraxılmasını istəyən senatorlar, 2017-dən bəri Səudiyyə Ərəbistanında məhbus olan Amerikan vətəndaşı Dr. Valid Fitahinin də azad edilməsini tələb edib.
Müxalifət.az