85 yaşında sosial media cinayəti

Baxış sayı:
2971

İstanbulda 85 yaşında bir adam, sosial media hesabına görə qısqanclıq mübahisəsi yaşadığı 76 yaşlı 50 illik həyat yoldaşını ürəyindən bıçaqlayaraq öldürüb.
 
Dəhşətli hadisə, dünən gecə Yeniköy Orta Küçədə baş verib. Bilal A. ilə həyat yoldaşı Əsma A. birlikdə Almaniyada yaşayıb. Ötən həftə tətil üçün İstanbula gəliblər. Bilal A-nın sosial media hesabı səbəbilə cütlük arasında mübahisə yaranıb. Dartışma davaya çevriləndə Bilal A, mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşını ürəyindən bıçaqlayıb.
Daha sonra öz topuqlarını da kəsərək intihar təşəbbüsü edən Bilal A. ilə əlaqə saxlaya bilməyən qohumları evə gediblər. Qapını sındıraraq evə girən qohumlar hər ikisini qanlar içində görüb. Xəstəxanaya çatdırılan cütlükdən Əsmə A. həyatını itirib. Qətldə şübhəli bilinən Bilal A. isə müalicəsindən sonra nəzarətə alınıb.
İddialara görə, Bilal A, polisdə verdiyi ilk ifadəsində xanımı ilə aralarında onun sosial media hesabı üzündən qısqanclıq səbəbiylə mübahisə yarandığını söyləyib. Bilal A. "Mənim sosial mediada bəzi adamlarla danışdığımı düşünürdü. Bu səbəblə tez-tez mübahisə edirdik. Ən sonda evi tərk etdi. Artıq sənə inanmıram deyincə, aramızda yenə dava oldu" deyib.
Polis, hadisə ilə bağlı istintaq başlayıb.
Müxalifət.az