82 yaşlı Zeynəb Xanlarova: "O kişi sənətkarın kişiliyi..." - VİDEO

Baxış sayı:
8275

Efirlərə çıxmayan, mətbuatdan uzaq gəzən Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Tanınmış aşıq Namiq Fərhadoğlu 82 yaşlı sənətçi ilə görüşüb-söhbətləşməyə müvəffəq olub. O, yaddaqalan görüşün kadrlarını instaqram səhifəsində paylaşıb. Xalq artisti əvvəlcə heç kimi qəbul etmək istəmədiyini desə də, qonağının Namiq Fərhadoğlu olduğunu biləndə fikrindən vaz keçib. O, "Kişi sənətkarın kişiliyi və mərdliyi var ha, bax onu yüksək qiymətləndirirəm, sən Azərbaycanın əsl mərd kişisisən", - deyə müğənni aşığa tərif yağdırıb.//Publika