800 mindən çox müsəlman Myanmadan qaçdı

Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb.AzVision.az xəbər verir ki, bunu BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin mətbuat katibi Andrey Maxeçiç bildirib.
Onun sözlərinə görə, Koks-Bazara 537 min rohinca müsəlmanları gəlib. Bununla da Banqladeşdəki qaçqınların sayının 800 min nəfəri ötüb.
Qeyd edək ki, Myanmanın qərbində rohinca xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağıdılıb.