80 yaşlı təqaüdçü qadın Paşinyana: "SƏNİ ÖLDÜRMƏK İSTƏYİRƏM!"

Baxış sayı:
3057

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ölümlə hədələnib.

“Eurasianet.org” saytı xəbər verir ki, hadisə 5 dekabr tarixində baş verib.

Belə ki, Paşinyan seçkiqabağı kampaniya çərçivəsində partiyasının təbliğatını aparmaq üçün şəhərdaxili sərnişin marşrutlarına minib və partiyasının broşuralarını əhaliyə təqdim edib. O, vətəndaşları salamlayıb və onlarla həmsöhbət olub. Lakin bu zaman 80 yaşlı təqaüdçü bir qadın Paşinyana “səni öldürmək istəyirəm” deyib. Paşinyan isə cavabında “xahiş edirəm, belə etməyin” bildirib. Daha sonra qadın baş nazirə “təqaüdlər artacaqmı” sualını verib. Paşinyan isə bu barədə tapşırıqlar verdiyini deməklə kifayətlənib.

Mediaya açıqlama verən təqaüdçü ayda 38 min dram (təxminən 70 dollar) təqaüd aldığını deyib.