​80 yaşlı kişi 53 yaşlı arvadını balta ilə qətlə yetirdi – LƏNKƏRANDA

Baxış sayı: 133

Lənkəranda qətl hadisəsi baş verib.
Hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı - Lerik rayonu, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib(report).