80 min səs necə oğurlandı: Melih Gökçək anlatdı - Video

Baxış sayı:
7438

Bələdiyyə seçkilərindən sonra seçki protokollarında təsbit edilən sürüşmə və qanunuzluqlar müzakirə edilərkən, Ankaranın sabiq bələdiyyə sədri Melih Gökçək olduqca əhəmiyyətli bir xatirəsini dilə gətirib.
 
Şəxsi Twitter hesabından bir video yayımlayan Gökçək 1999-ci ildəki bələdiyyə seçkisində 80 min səsinin necə məhv edildiyini belə söyləyib:
“Erhan Göksel “Verso” şirkətinin sahibiydi, rəhmətlik. Seçki öncəsi Erhanın yanına baş nazirin Müşahidə Qurumundan iki nəfər gəlir. Erhandan seçkinin nəticəsinin necə olacağını soruşurlar. O da “Melih qalib gələcək” deyir.
Nə qədər fərqlə qalib gələcəyini soruşurlar. 50 min fərqlə qalib gələcəyini deyir. Belə deyincə çıxıb gedirlər.
 
SEÇKİDƏN SONRA TƏKRAR GƏLİRLƏR: BİZƏ NİYƏ YANLIŞ MƏLUMAT VERDİN!
 
Seçki keçirilir. Təkrar Erhanın yanına gəlir bu iki nəfər.
Bizə niyə yalan dedin, deyə soruşurlar. Sən bizə 50 min fərqlə Melih qalib gələcək, dedin, biz adamın 80 min səsini yox etdik, amma adam 30 min səs fərqilə seçkidə yenə qalib gəldi. Yəni aradakı cəmi fərq 110 min olub. Niyə bizə səhv məlumat verdiyini soruşurlar. Erhan da özünə görə müəyyən izahlar verib, işin içərisindən cıxmağa çalışıb.
 
CHP MƏNİM BİR ÇOX SEÇKİMDƏ HƏMİŞƏ HİYLƏYƏ ƏL ATIB, BU GÜN DƏ QƏTİ OLARAQ SAXTAKARLIQ VAR
 
“Niyə deyirəm bunu? Xüsusilə CHP mənim bir çox seçkimdə həmişə hiyləyə əl atmışdır. Zərurət olsa, o birilərini də danışaram. İndi bu gün də Ankara və İstanbul seçkilərində qəti olaraq CHP qanadında, xüsusilə FETÖ-nun adamlarının köməyi çox böyük saxtakarlıq olub. Bu, iki dəfə iki dörd edər kimi aydındır.
 
BİNALI YILDIRIM YÜZ FAİZ QƏLƏBƏ QAZANIB
 
Baxın, İstanbuldakı ilk səslərin sayılmasınada 11 min səs artdı. Məncə, cənab Binalı Yıldırım İstanbul seçkisində yüzdə yüz qələbə qazanıb, 99 deyil.
Onu da iddia edirəm. Ankarada səslər yenidən sayılsın. Çankaya və Yenimahalledə sayılsın. Görəcəksiniz ki, hörmətli Özhaseki də qalib olacaqdır.
Bunu açıq olaraq ictimaiyyətin diqqətinə çatdırıram. Və hadisələri xahiş edirəm belə dəyərləndirin.

Müxalifət.az