80 min əsgər əmr gözləyir: Düşmənlə əməkdaşlıq edənlər qorxu içində

Baxış sayı:
7243

Münbiç və Fəratın şərqinə yönəlik əməliyyata hazırlıqlar demək olar ki, tamamlanıb. 80 min əsgər əmr gözləyir. Bu rəqəm 1974-cü ildə həyata keçirilən Kipr Sülh Əməliyyatındakı əsgər sayının iki misli deməkdir. Türkiyə tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilisdən idarə olunacaq. Hərbi birliklər eyni anda 10 müxtəlif istiqamətdən hücum edəcək. Hücum planına görə, əməliyyata sərhəd bölgəsindəki 500 kilometrlik xətdə və Münbiçin cənub oxunda 80 min əsgər qatılacaq. Haqqında danışılan rəqəm Türkiyənin 1974-ci ildə 40 min əsgərlə reallaşdırdığı Kipr Sülh Hərəkatından 2 dəfə böyük bir əməliyyata çıxacağı mənasına gəlir. Hədəf 30 min kvadrat kilometr ərazidə terror təşkilatlarını tamamilə məhv etmək və təhdid dəhlizini sona çatdırmaqdır. QƏRARGAHLAR BƏLLİ OLDU Hərbi əməliyyat Şanlıurfa və Kilis-Elbeylidəki ana qərargahlardan idarə olunacaq. Bu mərkəzlərdən kəşfiyyat, monitorinq, lojistik və əsas idarəetmə təmin ediləcək. Terrorçulara qarşı hücum sərhəd xəttinin 10-dan çox nöqtəsindən başlayacaq. 10-larca kilometr dərinliyə irəliləyən qoşunlar ilk mərhələni başlayacaq. Bütün giriş nöqtələri arasındakı əlaqələrin tamamlanmasından sonra ikinci 10 kilometrlik mərhələ aktivləşdiriləcəkdir. Türk Silahlı Qüvvələri (TSQ) Suriyadakı Körfəz dövlətləri tərəfindən yönləndirilən tayfalara qarşı kəşfiyyat və təhlükəsizlik tədbirləri görüb. Əməliyyat prosesində, Türk ordusu və ASO qüvvələri mülki sabotajın qarşısını almaqla bağlı bəzi səlahiyyətliləri və PKK ilə işbirliyində olan qrupları bu yöndəki niyyətlərindən vaz keçmələri üçün ciddi xəbərdar edib. İŞBİRLİKÇİLƏRİ QORXU SARDI Əməliyyatın indi an məsələsi olması terror təşkilatı PKK ilə işbirliyində olanların təlaşına səbəb olub. Bölgədə Türkiyəyə qarşı PKK ilə əməkdaşlıq edən kəslər nə edəcəklərini bilmədiklərindən qorxu içərisindədir. Münbiç başda olmaqla, Tel Abyad, Qamışlı və Rəsulaynda Əsəd və PKK ilə əməkdaşlıq edən qorxu içərisindədir. Türkiyə əleyhinə fəaliyyətlərdə olduğu bilinən bir çox iş adamı və PKK-nın 'mülki' fəaliyyətlərində vəzifə yerinə yetirən şəxslər ailələrini bölgədən çıxarmağa başlayıb. Məlumata görə, PKK-ya yaxın şəxslər artıq sərmayələrini və fabriklərini Rakkaya ya da Şimali İraqa köçürüb. Müxalifət.az