80 məhkum həbsxanadan qaçdı - İRANDA

Baxış sayı:
3862

İranın Saqqız şəhərindəki 80 məhkum koronavirusa görə həbsxanadan qaçıb.

Bu barədə məlumatı "Fars" agentliyi yayıb.

Qeyd edək ki, bu günə qədər koronavirus səbəbindən İranda 85 min məhkum azad edilmişdi. Ötən gün də İranın Ali dini lideri Əli Xamenei 10 min dustağı əfv edib.