8 yaşlı uşağı avtomobil vurub - BAKIDA

Cəsur Əliyev xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub
 
Bakıda avtomobil 8 yaşlı uşağı vurub.
Hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Dədə Qorqud küçəsindəki qəsəbədə 2009-cu il təvəllüdlü Əliyev Cəsur Qamət oğlu sürücüsü hələlik naməlum olan "99-HR-378" nömrə nişanlı avtomobil tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.
C.Əliyev xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətmiş sürücü polis tərəfindən saxlanılıb.